RU

Təhlil və Portfel Risklərinin İdarə edilməsi qrupuna mütəxəssis - VAKANSİYA

"Pasha Bank" ASC, Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin Təhlil və Portfel Risklərinin İdarə edilməsi qrupuna mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Portfelin müəyyən edilmiş risk indikatorları, məhsul, sektor və digər göstəricilər üzrə müxtəlif prizmalardan təhlillərin edilməsi, baş verəcək mümkün risklərin stress test, ssenari təhlilləri və sensitivlik təhlilləri üzərindən qiymətləndirilməsi və bankın kapitalının dayanıqlığının təmin edilməsi üçün təkliflər və fəaliyyət planlarının hazırlanması. (Vintaj, Roll-Rate/Migrasiyası, Reytinq miqrasiyası, və s.)
  • Bankın əsas risk göstəricilərinin izlənməsi və portfelin idarə edilməsini risk iştahası çərçivəsinə uyğunluğu təmin etməklə kommunikasiyaların qurulması və Bankın risk iştahasına uyğun gəlməyən risklərin müəyyənləşdirilməsi və fəaliyyət planlarının hazırlanması;
  • Risk məlumatlarının və müvafiq strukturlar üzrə bankın kredit risk statusunun bölüşülməsi;
  • Müştərilərin maliyyə məlumatları əsasında sektoral təhlillərin yerinə yetirilməsi. Müştərilərin likvidliyinin, ödəmə qabiliyyətinin və maksimal yarana biləcək kredit itkilərinin müəyyənləşdirilməsi üçün makroiqtisadi, geosiyasi və digər tematik fərziyyələr üzərindən stress testlərin yerinə yetirilməsi;
  • Risk Büdcələşməsi çərçivəsində bankın sektorlar və məhsullar üzrə NPL üzrə gözləntilərin formalaşdırılması;
  • Kredit risklərinin qiymətləndirilməsi üçün lazım olan statistik və analitik kompetensiyaların, alətlərin və texnikaların tətbiq edilməsi;
  • Kredit portfelinin təhlili üzrə fəaliyyət planlarının icrasının monitorinqi, risk trendlərinin aşkar olunması və lazımi düzəlişlərə məsləhət verilməsi;
  • Güclü requlyator mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və məsləhətlərin verilməsi;
  • Bankda bütün proseslərin, yeni məhsul və xidmətlərin CRM tərəfindən təsdiqlənməsini təmin etmək üçün (CRM perspektivindən) kredit riskinin idarə edilməsi (CIB, SME, Retail, Private Banking) ilə bağlı siyasət və prosedurlara nəzarət etmək və istiqamətləndirməsinə dəstək vermək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər:

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum ən azı 2 il iş təcrübəsi;
  • Lisenziya/ Sertifikat: FRM, CFA, ACCA arzu olunandır;
  • Xarici dil: İngilis dili (səlis), Rus Dili (Arzuolunan);
  • Kompüter bilikləri: Microsoft Office, Microsoft Power BI, Powerpoint;
  • Məhsul üzrə biliklər: Bank məhsulları üzrə biliklər tələb edilir;
  • Bazar üzrə biliklər: Mərkəzi Bakın müvafiq Qaydaları ilə tanışlıq;
  • Başqa tələblər:  Maliyyə hesabatları bilikləri və ünsiyyət bacarığı.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.  

Zemfira Ms
Fins.az

Избранный
23
50
fins.az

10Источники