RU

Əhaliyə ödənişsiz əsaslarla göstərilən tibbi xidmətlərin sayı açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hazırda 3 315 sayda tibbi xidmət əhaliyə ödənişsiz əsaslarla göstərilir".
Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, icbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin 90 faizdən çoxunun TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilməsi mümkündür:
"TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icbari tibbi sığorta hesabına sığortaolunanlara Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin ümumi məbləği 2023-cü ilin 11 ayı üzrə 572 milyon 710 min 547 manat təşkil etdiyi halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 809 milyon 724 min 452 manat təşkil etməklə, ümumilikdə, 42% artım izlənilib".
İcraçı direktor qeyd edib ki, müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan obliqat qruplarla bağlı 246 xidmət paketi formalaşdırılıb və tarifləri təsdiq edilib:
"Beləliklə, icbari tibbi müayinələrin tələb olunduğu işlərdə və zərərli amillərlə işləyənlərin bütün müayinələri tam əhatə olunub. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığortalı hesab edilməyənlər üçün göstərilən tibbi xidmətlərə də müvafiq əlavələr edilib və hazırda 4 931 sayda tibbi xidmət və tarifləri təsdiqlənib".
Aygün Mirakif
Избранный
37
27
oxu.az

10Источники