RU

Ali Məhkəmədən aliment borcunun silinməsi ilə bağlı mühüm qərar

Bakı. Trend:

Azərbaycan Respublikasının Ali Məhkəməsi aliment borcununsilinməsi barədə tələbə iddia icraatında baxılmasının mümkünlüyübarədə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Trend xəbərverir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, işin hallarına görə, iddiaçı 2022-ci ilin avqust,sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəməköhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış alimentborcunun silinməsi tələbi ilə məhkəməyə müraciət edib.

Tələb onunla əsaslandırılıb ki, həmin dövrdə uşaqların maddiehtiyaclarını təmin edib. Belə olan halda həmin aylar üzrə onayenidən aliment borcu hesablana bilməz.

Birinci instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxaraqqətnamə qəbul etsə də, apellyasiya instansiyası məhkəməsi qətnaməniləğv edərək işin icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-cimaddəsinə əsasən xitam verib. Apellyasiya instansiyası məhkəməsiqeyd edib ki, aliment borcundan tam və ya qismən azad edilmə barədətələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zamaniddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdəsaxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə alimentborcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcunşəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görəödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddiatələbində isə iddiaçı borcun olmadığını bildirir, icra məmurutərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi iləbağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlüsəbəbinin nəzərə alınması təşkil etmir.

Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçı 12 avqust – 20dekabr 2022-ci il tarixləri aralığında övladı və ailəsi üçünkifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edənborcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğuicra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli vəqeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır.Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmindövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zamanqanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurununhərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciətetmək hüququ vardır.

Ali Məhkəmə də hesab edib ki, apellyasiya instansiyasıməhkəməsinin mövqeyi və iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.Belə ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmurutərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayantərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessualqanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. İddiaərizəsindən görünür ki, aliment borcunun silinməsi tələbininəsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillərdayanmır. Tələb müəyyən olunan borc məbləğindən alimentöhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar2022-ci ilin avqust - dekabr aylarına hesablanan məbləğin silinməliolması ilə əsaslandırılır. Bu barədə sübutlar təqdim edilməsinəbaxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən alimentborcunun məbləği ilə razılaşmayan borclu icra məmurununhərəkətlərindən məhkəməyə şikayət verə bilər. Qanunda bu qaydadaşikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyəiddia icraatı qaydasında baxılmasını istisna edir.

Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, işməhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalıdeyildirsə, hakim iş üzrə icraata xitam verir.

Məqalədə:
Избранный
6
48
az.trend.az

10Источники