RU

Plastik əməliyyatlar sığortaya daxil deyil- Vüqaq Qurbanov "saxta cərrahlardan" danışdı


"TƏBİB tabeli tibb müəssisələrində estetik əməliyyatlar ödənişlidir, çünki icbari tibbi sığorta paketinə daxil deyil".

"Medicina" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib.

"Biz həkimləri işə qəbul edəndə ixtisas, sertifikasiya dərəcələri və əvvəlki əmək fəaliyyətinə fikir veririk. TƏBİB tabeli tibb müəssisələrində çalışan plastik cərrahlar qanunvericilik qaydaları ilə işə götürülür.

Ən birinci məqsədimiz xəstələrin ehtiyacı olan tibbi xidmətləri düzgün həyata keçirməkdir. Bizim həkimlərin işinə nəzarət edən departamentimiz var.

Bundan başqa çağrı mərkəzimiz fəaliyyət göstərir, vətəndaş qəbulları həyata keçiririk. Hər bir müraciət araşdırılır. Hələ ki, bizdə plastik cərrahiyyə əməliyyatları ilə bağlı problem olmayıb.

Qiymətlərə gəlincə, TƏBİB tabeli tibb müəssisələrində bu məsələ müşahidə şurası tərəfindən təyin edilir".

Aygün Musayeva

Избранный
20
12
medicina.az

10Источники