RU

Rusiya taxıl ixracını qadağan etməyi düşünür

Rusiya hökuməti taxıl ixracına qadağa qoyulması imkanlarını müzakirə edir.

Editor.az-ın “İzvestiya” qəzetinə istinadla verdiyi məlumata görə, buğda, arpa, qarğıdalı və çovdarın məhdudlaşdırıcı tədbirlərinə məruz qala biləcəyi bildirilir.

Hazırda ölkədə taxıl ehtiyatlarının monitorinqi Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunub. Bu ehtiyatlar kritik həddə – 10 milyon tona düşərsə, ixraca müvəqqəti məhdudiyyətlər qoymaq mümkün olacaq.

İllik 80-85 milyon ton istehlakla 10 milyon ton bir ay yarıma bəs edər. Qəzetə müsahibə verən ekspertlərin fikrincə, ixrac qadağası yalnız müstəsna hallarda görülə bilən ifrat tədbirdir. Yeni məhsul və əvvəlki ilin qalıqları praktiki olaraq təminat verir ki, ölkədə taxıl qıtlığı olmayacaq. Bu il taxıl yığımı demək olar ki, 150 milyon tona çatıb ki, bunun da 65 milyon tona yaxını ixrac oluna bilər.

//Gülnarə Abasova, Editor.az

Избранный
414
23
editor.az

10Источники