RU

Avtomobili izdihamın üzərinə sürən sürücüyə ölüm cəzası

Çin məhkəməsi Çande şəhərində avtomobili insanların üzərinə sürən sürücünü ölüm cəzasına məhkum edib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

"2024-cü il dekabrın 23-də Hunan əyalətinin Çande şəhərinin Xalq Məhkəməsi Huan Venin işinə açıq baxış keçirib. Təqsirləndirilən şəxs ictimai təhlükəsizliyə təhdid yaradan cinayətə görə ölüm cəzasına məhkum edilib", - məhkəmənin qərarında deyilir.

Xatırladaq ki, Huan Ven bu il noyabrın 19-da Çande şəhərinin Dinçen rayonunda ibtidai məktəbin girişində avtomobili izdihamın üzərinə sürüb. Hadisə nəticəsində 18 məktəbli xəsarət alıb.

Daha əvvəl Çinin cənubunda yerləşən Quandun əyalətinin Çjuhay şəhərində oxşar hadisə baş verib - noyabrın 11-i axşam saatlarında 62 yaşlı Fan soyadlı sürücü avtomobili insanların üzərinə sürüb. O, hadisə yerindən qaçmağa cəhd göstərsə də, polis tərəfindən saxlanılıb.

Избранный
14
3
avtosfer.az

10Источники