RU

Kofeinin "insanı ayıldan" miqdarı açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kofein dünyanın ən populyar stimulyatorlarından biridir. Milyonlarla insan onu hər gün bu məqsədlə qəbul edir. Amma reaksiyanı yaxşılaşdıra biləcək kofein dozasının nə qədər olduğunu çox adam bilmir.
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, İspaniyanın Kastilya-La Mança Universitetinin alimləri bunu araşdırıblar. Tədqiqatın nəticələri "European Journal of Nutrition" elmi jurnalında dərc edilib.
Yeni tədqiqatda orta yaşı 22 olan 29 sağlam insan iştirak edib. İştirakçılar müxtəlif kofein dozaları - 3 mq/kq və 6 mq/kq, həmçinin kofeinsiz doza ilə kapsullar alaraq üç sınaqdan keçiblər. Dozaların ardıcıllığı (hər sınaqda hansı dozanın verilməsi) təsadüfi qaydada müəyyən edilib.
Qeyd edilir ki, kofein qana tez sorulur və qəbuldan bir neçə dəqiqə sonra orqanizmə təsir göstərir.
Nəticələr göstərib ki, 6 mq/kq kofein qəbulundan sonra reaksiya müddəti yaxşılaşıb, 3 mq/kq doza isə heç bir təsir göstərməyib. Bundan əlavə, kofeinin davamlı diqqət və yaddaş məhsuldarlığına heç bir təsiri aşkar edilməyib.
6 mq/kq doza qəbulundan sonra iştirakçılarda, həmçinin artmış nevrozluq və aktivlik müşahidə olunub (yəni onlar daha diqqətli, daha enerjili və daha aktiv olublar).
Избранный
129
50
oxu.az

10Источники