RU

Xankəndidə təhsil işçisi intihar etdi - Yenilənib - Foto

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin Xocalı rayon sektorunun əməkdaşı, Xocalı rayon sakini Nəcəf Əyyub oğlu Həsənov intihar edib.

“Qafqazinfo” xəbər verir ki, o, dekabrın 23-də saat 19 radələrində Xankəndi şəhərində müəllimlər üçün ayrılmış binada özünə xəsarətlər yetirib. N.Həsənov daha sonra özünü asıb.

47 yaşlı təhsil işçisinin hansı səbəbdən həyatına son qoyduğu məlum deyil.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki, N.Həsənov ötən gün yaşadığı evdə dünyasını dəyişib.

Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra hadisənin baş vermə səbəbi ilə bağlı əlavə məlumat veriləcək.

İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib.

Избранный
8
6
qafqazinfo.az

10Источники