Tatarıstanın Maloreçenski kəndində heyvandarlıq kompleksinin ərazisində işçilərin müvəqqəti məskunlaşdığı evdə yanğın baş verib.
Söz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həmin an evdə ümumilikdə 39 nəfər olub.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın söndürülən zaman 6 nəfərin meyiti aşkar edilib.
İdarədən bildirilib ki, 33 nəfər yanan evdən çıxa bilib, onlardan biri yaralanıb.
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin 14 mütəxəssisi və 4 texnikası cəlb olunub.
İlkin məlumata görə, yanğın elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması səbəbindən baş verib.