RU

“Yiyəsiz qalmış Ermənistan cəmiyyəti...”- ÖZƏL

"Görünən odur ki, Nikol Paşinyan Ermənistan ictimai rəyini məşğul etmək üçün növbəti dəfə müzakirə predmetləri yaratmaq istəyir. Ermənistanda yaxınlaşan seçkilər var, eyni zamanda 2025-ci il Ermənistan üçün böyük ehtimal yeni gərginliklərlə xarakterizə olunacaqdır. Nikol Paşinyan daxili ictimai-siyasi rəyi çaşdırmaq və diqqəti başqa məqamlara yönəltmək üçün yeni dartışma mövzuları yaratmağa çalışır". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Əslində, bu gün Ermənistan Baş nazirinin ösündən əvvəlki Köçəryan, Sarkisyan, həmçinin Levor Ter-Petrosyanı debatlara çağırması onu göstərir ki, Ermənistanın daxilində həqiqətən də aparılan ictimai rəy sorğularının nəticələri Paşinyanı ciddi formada narahat edir. O özünə yeni müzakirə platformaları yaradaraq gündəmi dəyişdirməyə çalışır. Özəlliklə, Yeni ildən sonra Srbazanın rəhbərliyi altındakı qondarma provokatorların Paşinyana qsrşı yeni hərəkətlənmələri gözlənilir. Eyni zamanda, Nikol Paşinyan onun əleyhinə yaradılan "xain" obrazını da aradan qaldırmağa çalışır. Əlində Baş nazir kimi güc strukturlarını və müxalifəti sıradan çıxaram bütün təsisatları saxlayır. Belə bir məqamda bir çox üstünlükləri əldə edərək özündən əvvəlki qatillərin bir çoxunu debatlara dəvət edir. Bu gün Ermənistan müxalifətində təmsil olunan keçmiş Xocalı qatilləri nə qədər murdar, siyasi idbardırlarsa, Nikol Paşinyan hakimiyyəti də mahiyyət etibarilə onlardan fərqli deyil. Ortada isə heç bir siyasi kəsimə güvəni qalmayan, sahibsiz, yiyəsiz qalmış bir Ermənistan cəmiyyəti var".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
olaylar.az

1Источники