Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) bu mövsüm ölkə çempionatlarında sağ vingerlərə ən çox məhsuldar ötürmə verən və onlara qapıya zərbə vurmaq imkanı yaradan 21 yaşadək futbolçuların adlarını açıqlayıb.
Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, ilk “10-luq”da Azərbaycan millisinin üzvü Nəriman Axundzadə də var.
“Qarabağ”ın hücumçusu 75,1 əmsalla dünyada 7-ci yerdə göstərilib. Bu siyahıya “Real”ın türkiyəli futbolçusu Arda Gülər başçılıq edir – 81,4 əmsal.
Qeyd edək ki, araşdırma 64 liqada çıxış edən 2004-cü il və daha sonra anadan olmuş oyunçular arasında aparılıb.