RU

Azərbaycanda benzinlə bağlı RƏSMİ MƏLUMAT

Ajans.azxəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirlər zamanı yanacaq məhsullarının istehsalı, idxalı və topdansatışını həyata keçirən sahibkarlıq subyektlərinə yanacaq məhsullarının keyfiyyət göstəricilərinə dair qanunvericiliyin tələbləri izah edilib. Həmçinin, yanacaq məhsullarının pərakəndə satışını həyata keçirən sahibkarlıq subyektləri ilə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacaqlarının keyfiyyəti və istifadə olunan ölçmə vasitələrinin yanacağın həcmini düzgün ölçməməsi ilə bağlı istehlakçılardan daxil olan şikayətlər barədə ətraflı müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yanacaq məhsullarının istehsalı, idxalı, topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olan sahibkarların iştirakı ilə maarifləndici görüşlər keçirilib.

İstehlakçıların standartların tələblərinə cavab verən məhsul əldə etmək hüquqlarının təmin edilməsi məqsədilə yanacaq məhsullarının istehsalı, idxalı və topdansatışını həyata keçirən sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı satılan yanacaq məhsullarının hər partiyasının keyfiyyətini təsdiq edən sənədlə müşayiət olunması, məhsulların satışı zamanı topdan alıcılara yanacağın keyfiyyətini təsdiq edən müvafiq sənədlərin təqdim edilməsi, yanacağın daşınması və saxlanması zamanı standartların və normativlərin tələblərinə əməl edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah edilib.

Yanacaq məhsullarının pərakəndə satışını həyata keçirən sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı isə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacaqlarının keyfiyyəti, istifadə olunan ölçmə vasitələrinin yanacağın həcmini düzgün ölçməməsi və digər məsələlər barədə istehlakçılardan daxil olan şikayətlərlə bağlı ətraflı müzakirələr aparılıb, istehlakçıların aldıqları malların keyfiyyətini və həcminin düzgün ölçülməsini təsdiq edən sənədlərlə tanış olmaq hüququna malik olduğu bildirilib.

Həmçinin, istehlakçılara satılan yanacağın həcminin düzgün müəyyən edilməsi məqsədilə məntəqələrdə tipi təsdiq edilmiş, yoxlamadan keçirilmiş və metroloji norma və qaydalara cavab verən ölçmə vasitələrindən istifadə edilməsi və qanunvericiliyin digər tələbləri sahibkarların diqqətinə çatdırılıb.

Eyni zamanda, sahibkarlara istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Избранный
11
12
Ajans.az

10Источники