Ajans.az APA-ya istinadən xəbər verir ki, rayonda yerləşən Tovuz Dövlət Peşə Təhsili Mərkəzində qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərlənib.
Peşə Təhsili Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı onlara məlumat daxil olub. Hazırda məsələ araşdırılır.