RU

Azərbaycanda tələbələr arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Xəstəxanaya yerləşdirilənlər var

"Zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərə mədə-bağırsaq disfunksiyası diaqnozu qoyulub".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00-da Tovuz rayonunda zəhərlənmə şübhəsi ilə bağlı çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadaları göndərilib.

Hadisə yerindən 8 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu qoyulub. Hər bir xəstəyə zəruri tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - deyə TƏBİB-dən bildirilib.


Telegram kanalımız
Избранный
8
2
yenisabah.az

10Источники