Tovuzda peşə məktəbində kütləvi zəhərlənmə – Yenilənib
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub”. Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub: “8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”.
***17:14 Tovuzda zəhərlənmə hadisəsi baş verib. Yeniavaz.comAPA-ya istinadla xəbər verir ki, rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb.