RU

Tovuzda peşə məktəbində kütləvi zəhərlənmə olub - Yenilənib » AzadMedia.az


"Bu gün təhsil mərkəzində tənəffüs zamanı, təxminən saat 14:00 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, öz aralarında bölüb, yeyiblər. Yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar".

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin Kompyuterlərin təmiri və xidməti üzrə texnik və Dərzi ixtisası qruplarının 8 tələbəsinin zəhərlənmə faktı ilə bağlı məlumat yayıb.

"Yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar. Tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də özünü pis hiss edib.

Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, lazımi tibbi xidmətlər göstərilib.

Hazırda vəziyyətləri qənaətbəxşdir. Təhlükə sovuşub", - açıqlamada deyilir.

***

Tovuzda  Peşə  Təhsil məkrəzində kütləvi zəhərlənmə olub.

"Hadisə rayonda yerləşən Tovuz Peşə Təhsil mərkəzində qeydə alınıb. Belə ki, təhsil mərkəzinin 8 nəfər tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.Tələbələrə yardım göstərilib.

İlkin ehtimala görə,  tələbələr tortdan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.
Избранный
6
12
azadmedia.az

10Источники