RU

Səfəvilər dövrünə aid xalçalar Bakıda ilk dəfə nümayiş olundu

Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılıb.

Yenisabah.az xəbər verir ki, sərginin açılışında ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə nümayiş olunub.

Ssərgilənən sənət əsərləri sırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer tutur.

Layihə çərçivəsində Təbriz miniatürlərindəki saray xalıları haqqında süni intellekt vasitəsilə hazırlanmış videoçarx da nümayiş edilib.

Qeyd edək ki, sərgi 2025-ci il mayın 10-dək davam edəcək./Axar.az


Telegram kanalımız
Избранный
9
3
yenisabah.az

10Источники