RU

Prokurorluqda dindirilən keçmiş məmur infarkt keçirdi

Rusiyanın Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov İstintaq Komitəsi tərəfindən dindirilməyə çağırılıb və sualları cavablandırdıqdan sonra ürək tutması ilə kardio mərkəzə yerləşdirilib.

Hurriyyet.Az yerli teleqram kanallarına istinadla bildirir ki, Smirnova mənimsəmə işi üzrə saxlanılan Kursk vilayətinin İnkişaf Korporasiyasının baş direktoru Vladimir Lukinin fəaliyyəti ilə bağlı suallar verilib.

İstintaq Smirnovla Lukin arasında əlaqəni keçmiş qubernatorun Moskva Mənzil Binalarının Əsaslı Təmiri Fondunun baş direktorunun birinci müavini, Lukinin isə Moskva Mənzil Müfəttişliyinin rəis müavini işlədiyi vaxtdan izləyir. Eyni zamanda, Lukin bir neçə dəfə işdən çıxarılıb. Əvvəlcə İvanovo vilayətinə, daha sonra Nijni Novqorod vilayətinə köçürülüb və FSB büdcənin oğurlandığını aşkar etdikdən sonra o, Kursk vilayətinə gətirilib. /lent.az

 

Избранный
8
4
hurriyyet.az

5Источники