RU

Xırdalanda universitet yolu bərbad vəziyyətdə: Sakinlərdən ŞİKAYƏT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xırdalan şəhərində Bakı Mühəndislik Universitetinin yerləşdiyi Həsən Əliyev küçəsindəki yol bərbad vəziyyətdədir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, problem təkcə bununla da bitmir. Kanalizasiya suları da bu yola axır və yolu keçilməz edir. Üstəlik ətrafa da pis qoxular yayılır.
Yol ilə bağlı Abşeron Rayon İcra hakimiyyətindən bildirilib ki, yaxın günlərdə Həsən Əliyev küçəsində cari təmir işlərinə başlanılacaq. Əsaslı təmir işləri Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi çərçivəsində aparılacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, əraziyə yığılan su kanalizasiya yox, yağış sularıdır. Yağıntılar zamanı axan sular Ceyranbatan gölünün kənarında yerləşən nasosxanaya toplanır, oradan Xırdalanın su şəbəkəsinə ötürülür. Yola su yığılması isə ancaq intensiv yağışlar zamanı baş verir.
Yəni ərazidəki tullantı şəbəkəsinin fəaliyyətində heç bir problem yoxdur.
Ətralı süjetdə:
Избранный
13
3
oxu.az

4Источники