RU

10 mindən çox hərbçi döyüşə yararsızdır - Britaniya MN

Britaniya silahlı qüvvələrinin 10 mindən çox üzvü döyüş əməliyyatlarına tibbi baxımdan yararsız hesab edilir.

Paralel.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi tərəfindən parlamentə təqdim olunan yazılı bəyanatda bildirilib.

Qeyd olunub ki, silahlı qüvvələrdə 99 min 560 nəfər tam döyüş qabiliyyətinə malikdir. Bununla yanaşı, 14 min 350 nəfər məhdud döyüş qabiliyyətlidir, 13 min 522 nəfər isə ümumiyyətlə döyüşə yararsızdır.

Bu o deməkdir ki, 14 min 350 nəfər yalnız müəyyən şərtlər altında döyüşdə iştirak edə bilər. Bu şərtlərə ekstremal hava şəraitindən, yüksək səs-küydən və ya kimyəvi maddələrdən uzaq qalmaq kimi tibbi tələblər daxildir.

Qeyd edək ki, bir müddət öncə müdafiə naziri Con Hili Britaniya ordusunun hazırkı vəziyyətdə müəyyən əməliyyatlar keçirmək iqtidarında olduğunu, lakin ölkəni düşmən hücumundan qorumaq və ya hər hansı bir işğalın qarşısını almaq iqtidarında olmadığını bildirmişdi.

Избранный
11
10
paralel.az

10Источники