RU

Filipp Kirkorov 400 minlik çantasında nə gəzdirir? - Müğənni üzərində daşıdıqlarını göstərdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur rusiyalı müğənni Filipp Kirkorov "Brilyant olmayan əl" filminin premyerasına dəbdəbəli çanta ilə qatılıb və çantanın içindəkiləri nümayiş etdirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Zvezdaç" "Telegram" kanalı paylaşım edib.
57 yaşlı sənətçi qırmızı xalçaya boz damalı kostyum, ağ köynək, qara dəri ayaqqabı və kepka ilə çıxıb. Eyni zamanda, o, görünüşünü şəffaf linzalı eynək və yaşıl qalstukla tamamlayıb. Bundan əlavə, Kirkorov özü ilə taksa iti formasında olan çanta da götürüb.
Müğənninin sözlərinə görə, bu aksesuar "Thom Browne" lüks brendi tərəfindən dünyada yeganə nüsxədə istehsal edilib. Məhsulun dəyəri, yazı müəlliflərinin məlumatına görə, 400 min rubl (7 000 manata yaxın) təşkil edir.
Filipp Kirkorov, həmçinin jurnalistlərlə söhbətində qeyd edib ki, çantasında 25 min rubl (425 manata yaxın), iki xarici batareya və "pulların olduğu" mənzilin açarlarını gəzdirir.
Избранный
7
50
oxu.az

10Источники