RU

Peşə məktəbində zəhərlənənlərin vəziyyəti AÇIQLANDI

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub.

 Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. "8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib.Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 5 nəfər ambulator müalicə almaq üçün evə buraxılıb. 3 nəfərin isə müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir".

Избранный
9
8
turanpress.com

10Источники