RU

On bir ayda Bakıda ticarət dövriyyəsinin həcmi artıb

Bu ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 31 milyard 599 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 17 milyard 936,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,7 faiz artaraq 13 milyard 662,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Избранный
6
8
yeniazerbaycan.com

10Источники