RU

Türkiyə limanları ilə 4 milyon tondan çox gübrə daşınıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 4 milyon 673 min 690 ton gübrə daşınıb.

Fins.az-ın məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, daşınan yüklərin 157 min 141 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 4 milyon 516 min 549 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

Nazirlikdən əlavə olaraq qeyd edilib ki, bu ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından tranzit olaraq 59 min 710 ton gübrə daşınıb.

2024-cü ilin noyabr ayında Türkiyə limanları 32 milyon 470 min 94 ton yük qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 436 min 123 ton, digər ölkələrin bayraqları altında isə 30 milyon 33 min 971 ton olub.

Eyni dövr ərzində Türkiyə limanlarından 5 milyon 956 min 963 ton transit yük daşınıb. 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları ümumilikdə 363 milyon 841 min 53 ton yük qəbul edib. Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 27 milyon 488 min 32 ton, digər ölkələrin bayraqları altında isə 336 milyon 353 min 21 ton olub.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 63 milyon 524 min 718 ton transit yük daşınıb. Bu ilin noyabr ayında isə Türkiyə limanları 4 min 373 gəmi qəbul edib. Bu dövr ərzində Türkiyə limanlarına digər ölkələrin bayraqları altında 2 min 966 gəmi, Türkiyə bayrağı altında isə 1 min 407 gəmi qəbul edilib.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 56 min 86 gəmi qəbul edib. Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 36 min 550, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 536 olub.

Избранный
4
49
fins.az

10Источники