RU

"Minimum pensiyada 3 dəfəyədək artıma nail olunub" - ŞƏRH EDİLDİ

"“Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır”. Ölkə Prezidentinin bu sözləri onun tapşırıqları əsasında ardıcıl olaraq həyata keçirilən, ölkə vətəndaşlarının rifahının təminatında önəmli rol oynayan sosial islahatlarda aydın və əməli təsdiqini tapır". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Fərman və Sərəncamları əsasında xüsusilə 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub: "Bu 4 sosial islahat paketi üçün illik əsasda əlavə olaraq 7 milyard manat ayrılıb.

Nəticədə 2018-2024-cü illərdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləğində 2,7 dəfə, minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 2 dəfəyədək, median əməkhaqqında 2,2 dəfə, əmək haqqı fondunda 3 dəfə artım baş verib. Həmçinin son 6 illik dövrdə əmək müqavilələrinin sayı 600 mindən çox (50 faizədək) artıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı yeni “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncam dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir.

Yeni Sərəncama əsasən 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.

2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində isə 5 dəfə artım baş verib və göründüyü kimi, bu artım dinamikası gələn il də davam edəcək".

"Həmçinin, Sərəncamla Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq maaşların minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını təmin edəcək.
Sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s. üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək.

Yeni Sərəncamla icrasına başlanan növbəti sosial islahatlar paketi 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.

Göründüyü kimi, bütün bu sadaladıqlarımız Azərbaycanda insan amilini, vətəndaşların rifahını hədəfləyən, şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və müəllifliyi ilə həyata keçirilən dövlət siyasətinin bariz nümunəsidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Избранный
22
36
sia.az

10Источники