“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın düşərgəsindəki yenidənqurna ilə bağlı fikrini paylaşıb.
Arena.az “Sky Sports” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz azarkeşlərimizlə dürüst olmalıyıq. Bu, vaxt aparacaq və biz bunu qazanmaq istədiyimizi demirik, bu, sadəcə bir dəlil-sübutdur. Bu ay biz çox səylə çalışdıq, çox dəyişiklik isə hiss etməyəcəksiniz. Əlbəttə, derbidə qələbə qazandıq, amma bu, mənim üçün nə isə demək deyil. Birincisi, qalib gəlməli olduğumuz oyunları qazanmalıyıq, məsələn, bazar günü (“Bornmut”a qarşı – redaktorun qeydi).
Klubda quracağımız çox şey var, bunları yenidən qurmaq üçün vaxt gərəkdir. Aydıngörmə ən vacib xüsusdur. Bu, vaxt aparacaq, amma biz azarkeşlərimizlə bərabər əziyyət çəkməyə hazırıq. Əvvəl-axır biz qalib gələcəyik”, deyə Amorim vurğulayıb.
Xatırladaq ki, “Mançester Yunayted” tarixinin ən pis mövsümlərindən birini keçirir. Statistika bir çox xüsuslarda cari mövsümün “qırmızı şeytanlar” üçün hətta ən pisi olduğunu göstərir.
İngiltərə Premyer Liqasında 17 oyundan 22 xalla “Mançester Yunayted” yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.