RU

Türkiyə Hələbdə baş konsulluq açacaq - Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan tezliklə Suriyanın Hələb şəhərində Türkiyənin baş konsulluğunun açılacağını bildirib.

Modern.az xəbər verir ki, Ərdoğan Ankaranın Suriyanın yeni hakimiyyət orqanlarına bütün sahələrdə dəstəyini davam etdirəcəyini vurğulayıb.

“Biz Dəməşqdəki səfirliyimizi yenidən açmışıq və tezliklə Hələbdə baş konsulluğumuz da fəaliyyətə başlayacaq. Biz görürük ki, Suriyanın yeni administrasiyasının lideri prosesi çox yaxşı idarə edir və onun mülayimliyi və konstruktivliyi yüksək qiymətləndirilir. Biz Suriyaya ehtiyacı olan hər şeydə dəstək verəcəyik: enerjidən təhsilə və səhiyyəyə, təhlükəsizlikdən ticarətə qədər. Biz yeni hakimiyyətlərə kömək edəcəyik ki, Suriya bərpa olunsun, potensialını gücləndirsin və dövlət qurumlarının yenidən öz əsas vəzifələrini yerinə yetirməsinə imkan yaratsın”, – Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyası qarşısında çıxışı zamanı deyib.

Избранный
0
5
modern.az

10Источники