RU

Azərbaycanda xəzinədarlıq hesabları Xankəndi və Ağdərəni də əhatə edib

Azərbaycanda dövlət xəzinədarlıq orqanlarında vergi və digər büdcə daxilolmalarının köçürülməli olduğu xəzinə hesablarının rekvizitləri yenilənib.

"İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Maliyyə Nazirliyinin Xankəndi şəhəri və Ağdərə rayonu üzrə xəzinə hesab kitablarının açılması barədə məktubuna əsasən, “Büdcə rekvizitləri barədə məlumatlın verilməsi” xidmətində “Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar” üzrə mövcud məlumatlar yenilənib.

Həmçinin dövlət xəzinədarlıq orqanlarında vergi və digər büdcə daxilolmalarının köçürülməli olduğu xəzinə hesablarının rekvizitlərinə Xankəndi və Ağdərə yerli xəzinədarlıq orqanlarının hesabları əlavə edilib.

Избранный
0
9
ikisahil.az

10Источники