Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan dövlət başçısı İlham Əliyevə başsağlığı verib.
Missiya.Az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Təyyarə qəzası ilə bağlı, sizə, həlak olanların yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mənim tapşırığımla Qazaxıstan hökuməti xilasetmə əməliyyatı çərçivəsində zəruri tədbirləri həyata keçirən və gələcəkdə Azərbaycan tərəfinə lazımi dəstəyi göstərən dövlət komissiyası yaradıb”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az