RU

Qəzada həlak olan və xəsarət alanların ailələrinə yardım göstəriləcək - YENİLƏNİB

Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, 2024-cü il dekabrın 25-də baş vermiş təyyarə qəzasının səbəblərini araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Dövlət Komissiyasının sədri

Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri

Dövlət Komissiyasının üzvləri:

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Kamran Əliyev - Azərbaycan Respublikasının Baş prokuroru

Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri

Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri

Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Arif Məmmədov - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.

Sənədə görə, Dövlət Komissiyası baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsini təmin etməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etməli, Dövlət Komissiyasının fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumat verməlidir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb.

Bununla bağlı Avtosfer.az azərtac-a istinadən xəbər yayıb.

Komissiyanın tərkibini təqdim edirik:

Sədr - Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri

Üzvlər:

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Kamran Əliyev - Azərbaycan Respublikasının baş prokuroru

Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri

Əli Nağıyev - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri

Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Arif Məmmədov - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.

Избранный
3
4
avtosfer.az

10Источники