RU

TƏBİB tabeli tibb müəssisələrinin siyahısında dəyişiklik edildi

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısında dəyişiklik edilib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Dəyişikliklə, "Azərsutikinti" Xəstəxanası" sözləri "Nizami Tibb Mərkəzi", "Neyrocərrahlıq" sözü "Respublika Neyrocərrahiyyə" sözləri ilə əvəz edilib.

 

Eyni zamanda, siyahıya "Yeni Klinika" və Siyəzən Rayon Mərkəzi Xəstəxanası əlavə edilib.

 

Bundan başqa, "6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" sözləri "Binəqədi Tibb Mərkəzi", "2 nömrəli Şəhər Klinik Xəstəxanası" sözləri "Xətai Tibb Mərkəzi", "3 nömrəli Şəhər Klinik Xəstəxanası" sözləri "Sabunçu Tibb Mərkəzi", "5 nömrəli Şəhər Klinik Xəstəxanası" sözləri "Nərimanov Tibb Mərkəzi" sözləri ilə əvəz edilib.

Tarix: 25 Dekabr 2024, 15:50   
Избранный
0
17
pravda.az

10Источники