RU

Apple daha bir patent pozuntusunda ittiham olunur

Ajans.az xəbər verir ki, bu barədə Koreyanın “The Elec” nəşri məlumat yayıb.

İddiaçının maraqları simsiz enerji doldurma texnologiyasını təsvir edən US8013568 patentinə aiddir. İxtira 2011-ci ildə qeydiyyata alınıb. “LS Cable & System” hesab edir ki, Apple qeyri-qanuni olaraq patentdən istifadə edir və “iPhone”, “AirPods” və “Apple Watch”un paylanması vasitəsilə hüquqları pozur.

Şirkət 2017-ci ildə təqdim edilən “AirPower” simsiz enerji doldurma qurğusunu öyrənərkən ilk patent pozuntusunu aşkar etdiyini bildirib. Lakin sonradan cihazın buraxılışı ləğv edilib. İddiaçı bildirib ki, 2019-cu ildən Amerika korporasiyasına patent pozuntusu ilə bağlı bildirişlər göndərir. Bununla belə, Tim Kukun şirkətinin mesajlara məhəl qoymadığı iddia edilir.

Избранный
7
Ajans.az

1Источники