RU

Təyyarə qəzasını çəkən bloqqer saxlanıldı: "İstintaqa mane olub"

Qazaxıstan polisi Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğradığı ərazidə çəkiliş aparan bloqer Azamat Sarsenbayevi həbs edib.

Lent.az nur.kz saytına istinadən xəbər verir ki, bu barədə Manqistau vilayətinin polis idarəsindən məlumat verilib.

Azamat Sarsenbayev özü də "Facebook" səhifəsində həbsindən danışıb.

"Məni saxladılar. Aktaunun polis idarəsinə gedirəm. Çox güman ki, təyyarənin qəzaya uğradığı yerdə çəkilişlərə görə. Hazırda bütün dünya KİV-i mənim fotolarımdan istifadə edir", - deyə o, paylaşımda bildirib.

Избранный
21
5
aznews.az

10Источники