RU

İtaliya səfirliyi təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

İtaliyanın Azərbaycandakı səfirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.   Manset.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. "Bu gün baş vermiş təyyarə qəzasında həlak olanlara və onların ailələrinə dərin hüznlə başsağlığı veririk. Lazım olan hər cür yardımı göstərməyə hazırıq", - məlumatda qeyd edilib.

Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.

Избранный
9
13
manset.az

10Источники