RU

Misir XİN Azərbaycana başsağlığı verib

Misir “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə məlumatı Misir Xarici İşlər Nazirliyi (XİN) yayıb.

"Misir Ərəb Respublikasının hökuməti və xalqı sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dost Azərbaycan Respublikasına başsağlığı verir", - XİN-in bəyanatında bildirilib.

Qahirə, həmçinin belə ağır məqamda Bakıya dəstəyini bəyan edib, bütün yaralılara tezliklə sağalmağı arzulayıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Избранный
3
13
ikisahil.az

10Источники