1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Aktauda qəzaya uğrayan təyyarədə sağ qalanlardan biri Zaur Məmmədov yaşadıqlarını anladıb.
Oxu.Az "RT Russian"a istinadən xəbər verir ki, o, atasının dəfnindən qayıdıb və təyyarənin arxa tərəfində oturub.
Uçuş zamanı Zaur iki kiçik partlayış səsi eşidib.
Onun sözlərinə görə, qəza zamanı salonda heç bir çaxnaşma olmayıb.
"Bir çox sərnişin dağıntılar altında qalıb, imkanı olanlar da kömək etməyə çalışırdılar", - deyə o bildirib.
Zaur zərərçəkənlərin xilas edilməsində iştirak edib və Qazaxıstan fövqəladə hallar xidmətlərinin səmərəliliyini qeyd edib.