RU

Qəzaya uğrayan təyyarədə yaralananlardan 11-nin vəziyyəti ağırdır

Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatdırılan 27 nəfərdən 11-nin vəziyyəti ağırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya Manqistau vilayətinin Səhiyyə Xidmətindən məlumat verilib.

Bildirilib ki, yerli tibb personalına kömək məqsədilə Astanadan xüsusi tibbi-sanitar təyyarə ilə Səhiyyə Nazirliyi yanında Fövqəladə Səhiyyə üzrə Milli Koordinasiya Mərkəzinin iki reanimatoloq, 4 travmatoloq, 1 neyrocərrah və yanıq üzrə mütəxəssisdən ibarət mobil briqadası gətirilib.

Eyni zamanda, səhiyyə nazirinin müavini Timur Muratov müalicə prosesinə nəzarəti öz üzərinə götürərək, yaralılardan bir neçəsini şəxsən müayinə edib.

O da qeyd olunub ki, Manqistaunun Uşaq Xəstəxanasında müalicə alan iki azyaşlı üzərində cərrahiyyə əməliyyatı aparılacaq.

Избранный
9
22
ucnoqta.az

10Источники