RU

Basketbol Liqasının oyunları matəm günü ilə əlaqədar təxirə salındı

Azərbaycan Basketbol Liqasında 9-cu turun sabah keçirilməli olan “Şəki” – “Gəncə” və “Sumqayıt” – “Quba” oyunları təxirə salınıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) məbuat xidməti məlumat yayıb.

Belə ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Son məlumata görə, 32 nəfər sağ qalıb. Baş verən facilə ilə əlaqədar sabah – dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib.

Məhz bununla əlaqədar olaraq Azərbaycan Basketbol Liqasının sabah keçirilməsi nəzərdə tutulmuş oyunları təxirə salınıb.

ABF-dən verilən məlumata görə, bu turun “Naxçıvan” – “Abşeron” görüşü də təxirə salınıb. 2025-ci ildə keçirilməsi planlaşdırılan qarşılaşmaların dəqiq tarixləri daha sonra açıqlanacaq.

Избранный
21
7
arena.az

9Источники