RU

"Sağ qala biləcəyimi ağlına belə gətirmirdim" - VİDEO

Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxanlardan biri də Rusiya vətəndaşı Uvays Ediyevdir.

"Unikal" xəbər verir ki, Ediyev bu  barədə Rusiya mətbuatına açıqlama verib 

Kişi bildirib ki, təyyarə yerə çırpılan zaman huşunu itirib. Onun sözlərinə görə, fəlakətdən sağ çıxa biləcəyini ağlına belə gətirməyib:

"Təyyarə yerə çırpılanda necə çıxdığımı xatırlamıram, əlbəttə ki, ölümün üzünə baxmaq qorxulu idi. Mən sağ qala biləcəyimi ağlına belə gətirmirdim". 

Rusiya Fövqəladə Hallar Nazirliyi dekabrın 26-da səhər saatlarında təyyarə qəzasında yaralanan rusların olduğu xüsusi təyyarənin Moskvaya uçduğunu bildirib.Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzadan sonra təyyarə yanmağa başlayıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Respublika Nəqliyyat Nazirliyi əlavə edib ki, onların arasında 16 Rusiya , 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı var.

Qəzada 32 nəfər sağ qalıb və xəstəxanaya yerləşdirilib.

Gülayə Mecid 

Избранный
16
50
unikal.az

10Источники