RU

Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb - Qazaxıstan FHN

Bakı, TurkicWorld

"Azərbaycan Hava Yolları"nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ekipaj üzvlərindən 3-ü ölüb.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, təyyarənin 5 ekipaj üzvündən hər iki pilot da daxil olmaqla 3 nəfər həlak olub, 2 nəfər sağ qalıb.

Bundan əlavə, bildirilib ki, Aktauda baş verən təyyarə qəzasında ölənlərdən 7-nin şəxsiyyəti müəyyən edilib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Избранный
4
6
turkic.world

3Источники