RU

Paşinyan xəstəlik kağızı düzəltmək üçün hərəkətə keçdi - VİDEO

COVID-19 testinin müsbət çıxması səbəbindən MDB-nin qeyri-rəsmi sammitində iştirak üçün Sankt-Peterburqa gedə bilmədiyini açıqlayan Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında növbəti videokadrları ilə diqqət mərkəzinə gəlib.

Musavat.com bildirir ki, Paşinyan özünün kabinetindən çəkilmiş videokadrlarını “növbəti testin nəticəsini gözləyirəm” qeydi ilə şəxsi hesabında yerləşdirib.

Xatırladaq ki, bundan əvvəl N.Paşinyan koronavirus testinin müsbət nəticəsi barədə paylaşım etsə də, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Ümid edirik ki, sabah və sabah Aİİ sammiti ilə planlaşdırılan hissə olacaq, o, videokonfransda iştirak edə biləcək”, - açıqlamasını vermişdi. Lakin İrəvandan bu mesaja cavab olmamışdı.

Qəribəsi budur ki, az öncə TASS sammitdəki mənbəyə istinadən Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı sammitində, videobağlantı vasitəsilə iştirak etməyi planlaşdırdığı xəbərini yayıb.

N.Paşinyanın bu iddiaya reaksiya vermək əvəzinə, növbəti dəfə koronavirus testi verməsi gülməlidir. Belə görünür ki, erməni baş nazir Kremlin təkidlərinə rəğmən bütün vasitələrə əl atır ki, xəstə olduğunu “sübuta yetirsin”, məhz buna görə də “bolniçnıy”- xəstəlik kağızı düzəltmək üçün hərəkətə keçib. Özü də videokadrlardan Paşinyanın üzündə xəstəlik, yaxud COVID-19 əlamətləri görünmür.

 

       

 

Musavat.com

   

Избранный
75
21
turanpress.com

10Источники