RU

Monteneqro Parlamentinin sədri Azərbaycana başsağlığı verib

Bakı, TurkicWorld

ABŞ-nin Bakıdakı səfirliyi Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş faciəli aviaqəza ilə əlaqədar Azərbaycan tərəfi ilə həmrəylik əlaməti olaraq səfirlik binasında bayrağı yarıya qədər endirib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi məlumat verib.

"Amerika Birləşmiş Ştatları dünənki faciə nəticəsində həlak olanların ailələrinə səmimi başsağlığı verir və zərərçəkənlərə tezliklə sağalmağı arzulayır. [...] Biz bu çətin günlərdə lazım olan hər hansı yardımı göstərməyə hazırıq", – deyə ABŞ səfirliyinin "X" sosial şəbəkədəki hesabında Mark Libbinin sözlərinə istinadən bildirilir.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.

Избранный
14
6
turkic.world

5Источники