RU

Qəzada həlak olan pilotun dostu: İki aya təqaüdə çıxmalı idi

Bakı-Qroznı reysi zamanı baş verən təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin qonşuları onunla bağlı xatirələrini Baku TV ilə bölüşüblər...

Qonşular ondan həmişə razı qaldıqlarını bildiriblər.

"Çox gözəl insan idi. Hörmətli şəxslərdən olub. Onun haqqında heç kim mənfi nəsə deyə bilməz", - mərhumun qonşusu söyləyib.

***

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarənin pilotu İqor Kşnyakin iki aya təqaüdə çıxacaqdı.

Poliqon report-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında onun dostu Nicat Baqiyev deyib.

O bildirib ki, hadisədən bir gün əvvəl danışıblar:

"Hər şey qaydasında idi. Üç gün əvvəl görüşmüşdük. Qayıtdıqdan sonra yenidən görüşəcəkdik. Mükəmməl bir insan idi. Çox pozitiv idi. İşindən də çox danışmağı sevmirdi. İki aya təqaüdə çıxmalıydı, lakin bunu istəmirdi. Nəşinin nə vaxt gətiriləcəyi ilə bağlı məlumatımız yoxdur".

Poliqon.info

Избранный
7
11
poliqon.info

10Источники