RU

Təyyarə qəzasında atasını itirdiyindən xəbərsiz olan uşaq yas çadırının ətrafında oynayır – VİDEO

Təyyarə qəzasında həyatını itirənlərdən iki nəfəri Bakının Əmircan kəndinin sakinləridir.

Xəzər TV məlumat verir ki, Əmircan qəsəbəsində iki ailə yaxınlarının cənazəsini gözləyir.

Onlardan biri Rəşad Əhmədovun ailəsidir. Qardaşı İmran Əhmədova hadisəni qohumları xəbər verib. O deyir ki, hələ də hadisənin şokundan çıxa bilmirlər.

Faciədə həlak olanlardan biri də Əmircan sakini Faiq Mustafayevdir.

Onun üçün qurulan yas çadırının ətrafında balaca bir oğlan uşağı oynayır.

Dünyadan xəbərsiz, bu balaca oğlan atasının cənazəsini gözləyir.

Ətraflı süjetdə:

Избранный
10
4
medianews.az

5Источники