RU

Onları AZAL prezidenti qarşıladı - VİDEO

Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan 2 ekipaj üzvü Aydan Rəhimli və Zülfüqar Əsadov da artıq Bakıdadırlar.   Manset.az Real TV-yə istinadən xəbər verir ki, onlar AZAL-a məxsus təyyarə ilə ölkəyə qayıdıblar. Onları AZAL prezidenti Samir Rzayev qarşılayıb. Aydan Rəhimli açıqlama vermək istəməsə də, Zülfüqar Əsadov özünü yaxşı hiss etdiyini deyib. Sözügedən görüntüləri təqdim edirik:
 

Xatırladaq ki, qəza zamanı 5 ekipaj üzvündən üçü - pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov, həmçinin stüardessa Hökümə Əliyeva həlak olub.

Избранный
46
15
manset.az

10Источники