RU

Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib.   Bu barədə Manset.az-a nazirlikdən məlumat verilib. Sıra baxışında 223 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 12 nəfəri Vətən müharibəsinin iştirakçısı olub. 2024-cü il ərzində respublikanın şəhər və rayonlarında ümumilikdə 18 sıra baxışı keçirilib.

Sıra baxışlarında iştirak etmiş gənclərdən 3061 nəfər seçim turunun növbəti mərhələlərinə buraxılıb ki, onlardan da 398 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Избранный
8
25
manset.az

10Источники