Xəzər dənizinin Azərbaycan akvatoriyasında 4 maqnitudalı zəlzələ olub.
Bu barədə Bizim.Media-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, – məlumatda nəql edilib.
Bildirilib ki, yeraltı təkanların ocağı 65 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 00:14-də qeydə alınıb.
Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi isə zəlzələnin maqnitudasının 4,3 olduğunu açıqlayıb. Mərkəzə görə, zəlzələnin episentri Sumqayıtdan 107 km şimalda olub.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта