Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti Moskva vaxtı ilə yanvarın 1-də səhər saat 8:00-da (Bakı vaxtı ilə 09:00-da) dayandırılıb. Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə lenta.ru məlumat yayıb. Məlumata görə, "Qazprom" və "Naftoqaz" arasında 30 dekabr 2019-cu ildə imzalanmış beşillik müqavilənin müddəti başa çatıb. Ukrayna hakimiyyəti müqavilənin uzadılmasını planlaşdırmadığını bildirmişdi. Beləliklə, Rusiya qazının Avropa ölkələrinə tranziti üçün yeganə marşrut "Balkan axını" ola bilər.