RU

Fransa daha bir Afrika ölkəsindən qovuldu...

Image

Fransa daha bir Afrika ölkəsindən qovulur. Kot-d'İvuar prezidenti Alassan Uattara Fransa qoşunlarının ölkədən çıxarılması tələbini rəsmən açıqlayıb. Prezident Alassan Uattara Fransa qoşunlarının 2025-ci ilin yanvar ayından etibarən geri çəkilməyə başlayacağını açıqlayıb.

Çad, Niger və Burkina-Faso hakimiyyətinin daha əvvəl Beşinci Respublika ordusunun çıxarılmasını tələb etdiyini bildirən “Türkiyə” qəzeti yazır ki, Kot-d'İvuarda 600 fransız əsgəri var. 

Nəşr xatırladıb ki, Parisin Qərbi və Mərkəzi Afrikada təsirinin azalması ilə bağlı ilk siqnal 2013-cü ildən terrorizmlə mübarizə bəhanəsi ilə ölkədə olan 5 minə yaxın fransız hərbçisinin çıxarılması ilə bağlı Mali hakimiyyətinin tələbi olub. Eyni zamanda, Fransa səfirini “persona non qrata” elan edən Niger hakimiyyəti ən sərt addımlar atıb. 

Fransa müstəmləkəçiliyin sona çatmasından bəri qoşunlarının olduğu Afrika ölkələrinin 70 faizdən çoxundan qovulub. Fransızlar qitədə məhdud sayda əsgər saxlayır - Cibutidə 1500, Qabonda isə 350 əsgər...

TAHİR





Избранный
86
baki-xeber.com

1Источники