RU

Mingəçevirdə 51 yaşlı kişi aldığı xəsarətdən ölüb

Mingəçevir şəhərində bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs müalicə aldığı xəstəxanada keçinib.

“Report”un Qərb bürosunun məlumatına görə, 1973-cü il təvəllüdlü İ.Baxışov ağır xəsarətdən müalicə aldığı xəstəxanada vəfat edib.

Yaxınlarının bildirdiyinə görə, mərhum usta kimi çalışdığı məkanda hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
72
12
report.az

10Источники